Almaniya Ukraynaya maliyyə yardımı edəcək

2 Fevral 2016 00:31 (UTC+04:00)

Almaniya kansleri Anqela Merkel bundan sonra da Ukraynaya maliyyə yardımı edəcəyinə söz verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Röyters" agentliyində yer alıb.

Məlumatda bildirilir ki, bu gün kansler Berlində Ukrayna prezdenti Petro Poroşenko ilə görüşüb.

Görüşdən əvvəl Merkel jurnalistlərə açıqlamasında qeyd edib ki, onlar bundan sonra da Ukrayna iqtisadiyyatına dəstək verəcək.

"Federal hökumətin planına uyğun olaraq, 2015-ci ildə Ukraynaya 700 milyon avro ayrılıb. 2016-cı ildə də biz bu köməyi davam etdirmək istəyirik", - Merkel deyib.