Rusiyada qətl törədən azərbaycanlı tutuldu

2 Fevral 2016 13:45 (UTC+04:00)

Rusiyada ağır cinayət törədən azərbaycanlı həbs edilib.

Teleqraf.com xəbər verir ki, axtarışda olan Oqtay Həsənovun tutulması üçün əməliyyatı Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları keçirib.

Oqtay Həsənov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 102-ci (qəsdən adam öldürmə), 125-ci (adam oğurluğu) və 147-ci (dələduzluq) maddələri ilə axtarışda olub.

Hacı Zeynalov