İordaniyada hərbi helikopter qəzaya uğradı

3 Fevral 2016 12:02 (UTC+04:00)

İordaniya Silahlı Qüvvələrinə məxsus hərbi helikopter qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Əl-Sald şəhərində qəzaya uğrayan helikopterin iki pilotundan biri həlak olub. Gecə təlimləri zamanı baş verən qəzanın səbəbləri məlum deyil.

Elvin