Aparıcıdan Mənzurəyə irad: “Aygün Kazımovaya çata bilməzsən”

4 Fevral 2016 12:20 (UTC+04:00)

Aparıcı Yusif Ağayev verilişində qonaq olan müğənni Mənzurə Musayevanın plastik əməliyyatından danışıb.

Teleqraf.com xəbər verir ki, aparıcı Mənzurə Musayevaya bu sözləri deyib: “Plastik əməliyyat etdirmək xalq artisti Flora Kərimovadan başladı. Ən çox plastik əməliyyat etdirən müğənni isə Aygün Kazımovadır. O, bu sahədə çempiondur. Sən plastik əməliyyat etdirmisən? Mən nə deyə bilərəm ki, bədən, vücud sənindir. Deyəsən, əməliyyatlarda Aygünü keçmək fikrin var. Amma Aygün Kazımovaya çata bilməzsən”.

Rəqsanə