Rusiya kəşfiyyat uçuşundan niyə imtina etdi? - AÇIQLAMA

4 Fevral 2016 22:53 (UTC+04:00)

Türkiyənin xarici işlər nazirinin müavini Tancu Bilqiç Rusiyanın kəşfiyyat uçuşundan imtina etməsinə aydınlıq gətirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o bunu Rusiya tərəfi ilə razılığın əldə edilməməsi ilə izah edib:

"Rusiya tərəfi ilə fevralın 2-dən 5-dək baş tutacaq kəşfiyyat uçuşunun marşrutunu müəyyən edə bilmədik. Ona görə də uçuşlar təxirə salındı".

Qeyd edək ki, rəsmi Moskva bunu fərqli şəkildə izah edib. Onların fikrincə, kəşfiyyat uçuşları Türkiyə tərəfindən əldə edilmiş razılığın müddəlarının pozulması səbəbindən təxirə salınıb.

Samir