Quldurluq edən dəstə zərərsizləşdirildi - Sabunçuda

5 Fevral 2016 15:17 (UTC+04:00)

Bakının Sabunçu rayonunda evdən oğurluq və quldurluq edən mütəşəkkil dəstə zərərsizləşdirilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci və 15-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səlim Qədimov, Kənan Əliyev, Tərlan Babayev və Famil Əliyev tutulublar.

Dəstə üzvləri yanvarın 20-i və 22-də Bakı şəhər sakinləri Vaqif Musayevin və arvadı Nəcibənin, habelə Şövkət Mərdanovanın evlərindən ümumilikdə 702 manat, 300 ABŞ dolları, mobil telefon və 5000 manat dəyərində qızıl əşyaları quldurluq yolu ilə aparıblar.

Səlim Qədimovdan 0,201 qram heroin, 2,05 qram marixuana, bıçaq və qayçı, Kənan Əliyevdən 0,180 qram, Famil Əliyevdən 0.169 qram və Tərlan Babayevdən 0,172 qram heroin götürülüb.

Hacı Zeynalov