Sumqayıt sakini bıçaqlandı

5 Fevral 2016 15:29 (UTC+04:00)

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

Kotec qəsəbə sakini Ramil Əliyev naməlum şəraitdə bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini Şükür Məmmədov tutulub.

Hacı Zeynalov