Lippidən "Milan" açıqlaması

6 Fevral 2016 08:52 (UTC+04:00)

İtaliya millisinin sabiq baş məşqçisi mövsümün sonunda "Milan"ı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

67 yaşlı mütəxəssis "Milan"la heç bir danışıq aparmadığını deyib:

"Mövsümün sonunda "Milan"ı çalışdıracağımla bağlı xəbərlər həqiqəti əks etdirmir. Ümumiyyətlə, Milan təmsilçisi ilə heç bir danışığım olmayıb".

Qeyd edək ki, Lippinin son komandası Çinin "Quanqjou Everqrand" klubu olub.