Bakıda gənci döyərək öldürən şəxsə 11 il cəza

8 Fevral 2016 17:17 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Babək Sədiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Nərimanov rayonunun Rasim Muxtarov küçəsində baş verib. Bakı şəhər sakini Babək Sədiyev münaqişə zəminində paytaxt sakini 26 yaşlı Abbasqulu Hacıyevi döyüb.
Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanaylarından birinə gətirilib. Həkimlərin səyinə baxmayaraq Abbasqulu Hacıyevin həyatını xilas etmək mümkün olmayıb. Aldığı xəsarətlərdən o, xəstəxanada dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən Babək Sədiyev isə hadisədən sonra qaçaraq gizlənsə də, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həbs edilib.

Babək Sədiyev Cinayət Məcəlləsinin 120.1- (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Babək Sədiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov