Marqaret Tetçerin evi satılır - FOTOLAR

9 Fevral 2016 15:20 (UTC+04:00)

İngiltərənin yeganə qadın baş naziri Marqaret Tetçerin Londondakı evi 30 milyon avroya satışa çıxarılıb.

"Dəmir Ledi" ləqəbli baş nazirin öz əlləri ilə quraşdırdığı "73" lövhəciyi hələ də evin qapısının üzərində durur. Tetçer 1991-dən 2013-cü ilə - dünyasını dəyişənə kimi burada yaşayıb.

Sözügedən ev Londonun Belgravia bölgəsində yerləşir. Satışa çıxarılmış altı otaqlı evin qiyməti 30 milyon avrodur.

Teleqraf.com evin fotolarını təqdim edir:

Rüstəm