Nadir İlhaməni dəstəklədi: “Guya hamı mələkdi...”

11 Fevral 2016 11:44 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə İlhamə Quliyevaya dəstək olub.

Teleqraf.com xəbər verir ki, sənətçi “İnstagram”da xalq artistini əvəzolunmaz sənətkar adlandırıb: “Azərbaycan mədəniyyəti və incəsənətində öz dəsti-xətti olan, ölkənin xalq aristi, “Şöhrət” və “Şərəf” ordenli böyük sənətkar İlhamə Quliyeva, Siz dahisiniz, mənim sənətkarım! Sizin sənətinizi görüb, həzm etməyənlər mədəniyyətdən kənar adamlardır. İllərin sənətkarı... Vaxt gələcək sizin nə böyüklükdə sənətkar olmağınızı bir daha anlayacaqlar. “Sağlığında qiymət verin insanlara” (Cabir Novruz).

Hər kəs İlhamə Quliyeva ola bilməz! Elə sənətkarlar var ki, onlar əvəzolunmazdır. Guya hamı mələkdi, idealdır və səhvsizdir? Hər kəs etdiyi savab və günaha görə özü cavab verəcək. Biz Allah deyilik, Allahlıq iddiasına düşmək fikriniz olmasın”.

Rəqsanə