Roman Qriqorçuk “Şaxtyor”da?

12 Fevral 2016 08:38 (UTC+04:00)

Mövsümün sonunda "Şaxtyor"dan (Donetsk) ayrılacağı gözlənilən Mirça Luçeskunun xələfləri arasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun da adı var.

Bu barədə məlumat Türkiyə mətbuatında yayılıb. Belə ki, rumıniyalı mütəxəssisin postuna namizədlər arasında Pako Xemes, Dario Srna, Razvan Luçesku, Yuri Vernidub və Miron Markeviçlə yanaşı, Roman Qriqorçukun da adı qeyd edilib. "Qəbələ"nin ukraynalı çalışdırıcısı hələ iki il öncə, "Çernomorets"də çalışdığı zaman "Şaxtyor"un baş məşqçi postuna əsas namizəd kimi göstərilmişdi.

Xatırladaq ki, bir müddət öncə Qriqorçukun Ukrayna millisinə yollanacağıyla bağlı xəbərlər yayılmışdı. Ukraynalı mütəxəssis qış fasiləsində "Qəbələ"ylə müqavilə müddətini uzadıb.