Bakıda 30 min dollarlıq oğurluq edən şəxs tutuldu

12 Fevral 2016 15:25 (UTC+04:00)

Bakının Nərimanov rayonunda evdən oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, fevralın 10-da Bakı şəhər sakini Rəşad Kərimova məxsus evin zirzəmisindən 30000 ABŞ dolları dəyərində avadanlıq və inşaat materialları oğurlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Elşad Kərimov tutulub.

Hacı Zeynalov