Biznesmen Brilliant Dadaşovaya mahnı yazıb - FOTO

11 İyun 2014 11:10 (UTC+04:00)

Xalq artisti Brilliant Dadaşovadan xəbər var.

Teleqraf.com xəbər verir ki, sənətçi “Səndən ayrı” adlı yeni mahnı ifa edib. Sözügedən mahnı Türkiyə və Moldova studiyalarında hazırlanıb.

Hazırda Londonda master və tamamlanma işləri gedən mahnının daha sonralar videoçəkimləri də nəzərədə tutulub.

Qeyd edək ki mahnının bəstəkarı Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində böyük miqyaslı biznes fəaliyyəti göstərən azərbaycanlı iş adamıdır.

Aytən Həsənova