Məşhur müğənni təqdimat zamanı pis vəziyyətə düşdü - VİDEO

16 Fevral 2016 12:59 (UTC+04:00)

58-ci "Grammy" mükafatlarının təqdimatından texniki nasazlıqlar da yan ötüşməyib.

Bu dəfəki şanssızlıq Adelin başına gəlib. İfaçı səhnəyə çıxaraq yeni albomundan "All I ask" mahnısını oxuyub. Lakin səs qalxıb-enməyə başlayıb. Mikrofonda da nasazlıq olunca hər kəs Adelin ifanı yarımçıq saxlayacağını düşünüb. Lakin ifaçı vəziyyətdən səsinin gücü ilə çıxmağı bacarıb.

Məlumatlara görə, texniki keyfiyyətə görə məsuliyyət daşıyan səs rejissoru işindən uzaqlaşdırılıb.//axşam.az