Ağcabədidə törədilən qətllə bağlı rəsmi açıqlama

16 Fevral 2016 16:13 (UTC+04:00)

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu Ağcabədi rayonunda törədilən qətllə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, 22 oktyabr 2015-ci il tarixdə “Yuxarı Qarabağ” kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində rayon sakini Valeh İsmayılovun meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Ağcəbədi rayon sakinləri - 1979-cu il təvəllüdlü Xəyyam Salahov və 1987-ci il təvəllüdlü Namiq Məmmədov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr yarandığından, onlar fevralın 15-də tutularaq istintaqa cəlb olunublar.

İstintaqla müəyyən edilmişdir ki, 17 oktyabr 2015-ci il tarixdə saat 07 radələrində X.Salahov N.Məmmədovla qabaqcadan əlbir olaraq tamah məqsədilə V.İsmaylovu sonuncuya məxsus “VAZ-21015” markalı avtomaşında əlləri ilə boğaraq öldürüb və üstündə olan pulunu ələ keçiriblər. Daha sonra cinayətin izini itirmək məqsədi ilə meyiti kanala atıblar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov