Azərbaycanlı rəqqasə: “6 aydan bir həkimə gedirəm”

18 Fevral 2016 15:54 (UTC+04:00)

Rəqqasə Fatimə Fətəliyeva xəstəliyə tutulması haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, rəqqasə “Hər şey daxil” verilişində xəstəliyə tutulması xəbərinin şayiə olduğunu deyib: “Xəstəliklə bağlı xaricdən nə qədər zənglər gəldi. Məni sevən insanlar çox narahat oldular. Mənim haqqımda dedilər ki, xəstəliyə düçar olub. Artıq özümdən şübhələnməyə başladım ki, bəlkə, xəstəliyə tutulmuşam. Altı aydan bir həkimə gedirəm. Ümumiyyətlə, başım ağrıyan kimi xəstəxanaya qaçıram. Özümü sevirəm və canıma qarşı çox diqqətliyəm”.

Rəqsanə