Rusiya 17 mlrd. manatlıq antiböhran planı hazırladı

18 Fevral 2016 22:35 (UTC+04:00)

Rusiya antiböhran planına təxminən 880 mlrd. rubl (17,7 mlrd. manat) xərc çəkəcək.

Bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

Xatırladaq ki, yanvarın 28-də A. Ulyukayev bildirib ki, antiböhran planı 750 mlrd. rubl (təxminən 15,1 mlrd. manat) xərc tələb edir.

Sənədin yekun variantı fevralın 29-u baş nazirin birinci müavini İqor Şuvalova təqdim olunmalıdır.