Bakıdan İstanbula qadın aparan mütəşəkkil dəstə ifşa edildi

18 Fevral 2016 18:59 (UTC+04:00)

Bakı şəhər sakinin insan alveri etməsi faktı müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü İsmayılova Xanım Şamil qızı həbs edilib.

Xanım İsmayılovanın bir qrup şəxslə əlbir olaraq Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən edilib.

Hacı Zeynalov