Röya Avropa çempionatının səfiri oldu - FOTO

19 Fevral 2016 17:38 (UTC+04:00)

Röya Ayxan Avropa çempionatının səfiri olub.

Teleqraf.com AFFA-ya istinadən məlumat verir ki, populyar müğənni, əməkdar artist R.Ayxan bu il mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının səfiri olub.

Bu gün AFFA-nın inzibati binasında UEFA U-17 Avropa çempionatının səfiri olmasını əks etdirən lövhə R.Ayxana təqdim edilib.