​Boks üzrə Azərbaycan millisi ABŞ-a yollandı

20 Fevral 2016 16:06 (UTC+04:00)

Boks üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını keçirmək üçün ABŞ-a yollanıb.

Azərbaycan Boks Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, ABŞ-ın Kolorado ştatının Kolorado Sprinqs şəhərində təşkil olunan təlim-məşq toplanışı 10-12 gün davam edəcək.

İdmançılar okeanın o tayında həm amerikalı, həm də meksikalı boksçularla birlikdə məşqlərini davam etdirəcək. Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında ABŞ-a 11 idmançı yollanıb. Təlim-məşq toplanışına yollanan idmançıların siyahısını təqdim edirik:

49 kq – Rüfət Hüseynov
52 kq – Elvin Məmişzadə
56 kq – Tayfur Əliyev
56 kq – Cavid Çələbiyev
60 kq – Albert Səlimov
64 kq – Lorenso Sotomayor
69 kq – Pərviz Bağırov
75 kq – Kamran Şahsuvarlı
81 kq – Teymur Məmmədov
91 kq – Abdulkadir Abdullayev
+91 kq – Məhəmmədrəsul Məcidov