Humus şəhərində silsilə partlayışlar: 25 ölü

21 Fevral 2016 15:31 (UTC+04:00)

Suriya prezidenti Bəşər Əsəd qüvvələrinin nəzarətində olan Humus şəhərində dəhşətli partlayışlar baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Əl-Zəhra məhəlləsində baş verib. Bir-birinin ardınca baş verən 5 partlayış zamanı ilkin məlumatlara görə, 25 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Yaralıların bəzilərinin vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağı istisna edilmir.

Elvin