Bakıda cinayət törədən “zek” tutuldu

22 Fevral 2016 14:08 (UTC+04:00)

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon sakini Rahim Kazımov bıçaqlanıb.

Rahim Kazımov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı Rahim Kazımovu bıçaqlayan 1988-ci il təvəllüdlü Ramil Nuriyevin yeri müəyyən edilib. O, polis əməkdaşları tərəfindən həbs edilib.

Ramil Nuriyevin əvvəllər məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov