Məmmədyarov Moldovanın yeni səfirini qəbul edib

25 Fevral 2016 13:32 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycana yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib.

Teleqraf.com-un xəbərinə görə, görüşdə səfir George Leuka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir George Leuka diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir George Leukaya diplomatik fəaliyyətində uğurlar arzu edib.