Yasamalda qardaş bacısının 4200 manatını oğurladı

25 Fevral 2016 18:42 (UTC+04:00)

Bakının Yasamal rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Seyidov küçəsi, 37 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Günay Vaqif qızı Əmənovanın 4200 manatı oğurlanıb. Günay Əmənova oğurluq faktı ilə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Günay Əmənova bildirib ki, evdən onun pulunu eyni ünvanda yaşayan qardaşı, 1976-cı il təvəllüdlü Etibar Əmənov oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov