Kürdəmirdə silahlı insident: 2 qardaş yaralandı

26 Fevral 2016 12:09 (UTC+04:00)

Kürdəmir rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən aralarında mübahisə yaranıb.

Baş vermiş münaqişə zamanı Məhəmmədəli Abdullayev Natiq Dəmirova və qardaşı Raqifə ov tüfəngindən açdığı atəşlə xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhəmmədəli Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.

Hacı Zeynalov