Bakı Apellyasiya Məhkəməsinə yeni hakim təyin edilir

27 Fevral 2016 11:13 (UTC+04:00)

Bakı Apellysiya Məhkəməsinə yeni hakim təyin edilir.

Teleqraf.com-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin martın 4-nə planlaşdırılan növbəti iclasının gündəliyinə daxil edilib.

Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müseyib Hüseynovun vəzifəsi dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi Milli Məclisin müzakirəsinə tövsiyə edilib.