Meksikada avtobus dərəyə düşdü: 12 ölü 28 yaralı

28 Fevral 2016 18:26 (UTC+04:00)

Meksikanın şimalında Duranqo ştatında avtobusun dərəyə düşməsi nəticəsində ən azı 12 nəfər ölüb, 28 nəfər yaralanıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə şənbədən bazar gününə keçən gecə baş verib.

Qeyd olunur ki, avtobus 45 metr dərinliyində dərəyə düşüb.