Gədəbəy çətənə kolları aşkarlandı

13 İyun 2014 12:27 (UTC+04:00)

Gədəbəy rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Iskinli kəndi ərazisindən çəkisi 754 kiloqram olan 1215 ədəd, Dəyərqarabulaq kəndi ərazisindən çəkisi 580 kiloqram olan 1117 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib.

Hacı Zeynalov