Cəbhədə nə qədər erməni ölüb? - AÇIQLAMA

12 Aprel 2016 20:12 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən erməni hərbçilərinin bir qismi müəyyənləşib. Təkcə bu gün 6 erməni hərbçisinin ölümü barədə məlumat verilib. Ermənistan Müdafiə Nazirliyi ölən ermənilərin adlarını hissə-hissə açıqlayır.

Teleqraf.com xəbər verir ki, hərbi əməliyyatlar zamanı 75 erməni hərbçisi həlak olub, 122 nəfər yaralanıb. Daha 1 hərbçi itkin düşmüş hesab edilir. Amma bu, son rəqəm deyil. Ermənilərin döyüş itkilərinin sayı yüzdən çoxdur.