Ermənistan Rusiya ilə ittifaqdan imtina edir

14 Aprel 2016 14:00 (UTC+04:00)

"Azad demokratlar" partiyasının sədri, Ermənistan Milli Yığıncağının deputatı Xaçatur Kokobelyan "Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünün dayandırılması prosedurunun başlaması haqqında" bəyanat layihəsini parlamentə təqdim edib.

Trend-in məlumatına görə, bu barədə RİA Novosti erməni KİV-lərinə istinadən xəbər verir.

Bəyanat layihəsində qeyd edilir ki, Avrasiya İqtisadi İttifaqına üzv olmaq Ermənistanın təcridinə və xarici investisiyaların azalmasına gətirib çıxarıb.