Ronaldoya təklif: “İcazə ver, İrinadan uşağım olsun”

17 İyun 2014 12:51 (UTC+04:00)

DÇ-2014-də ötən gün keçirilən Almaniya - Portuqaliya (4:0) görüşündə maraqlı hadisə baş verib. Belə ki, matç zamanı tribunada açılan bir plakat diqqətlərdən yayınmayıb.

Teleqraf.com xəbər verir ki, tribunadakı azarkeşlərdən biri Portuqaliyanın ulduzu Ronaldoya ünvanladığı plakatla diqqəti üzərinə cəlb etməyi bacarıb. Azarkeşin açdığı plakatda ulduz futbolçunun model sevgilisi İrina Şeykle bağlı təklif yazılıb:

“Ronaldo, ya köynəyini mənə ver, ya da icazə ver, İrinadan uşağım olsun”.

Aygün İlqarqızı