Millimizin üzvü "Torpedo"-da oynayacaq

17 İyun 2014 14:18 (UTC+04:00)

Ruslan Abışovun xidmətində maraqlı olan Rusiya klubu müəyyənləşib.

Teleqraf bildirir ki, millimizin üzvünü "Torpedo" heyətinə qatmaq istəyir.

Moskva klubu Abışovu icarəyə götürmək istəyir. Ruslan hazırda "Rubin" rərbərliyi ilə danışıqlar aparır. Kazan təmsilçisi razılıq versə, millimizin üzvü 6 ay icarə əsasında "Torpedo"da çıxış edəcək.

Qeyd edək ki, "Torpedo" klubu 1930-cu ildə yaradılıb. 3 dəfə SSRİ çempionluğunu və 7 dəfə kubokunu qazanan Moskva təmsilçisi 2006-cı ilədək Rusiya Premyer Liqasında çıxış edib. 2007-2014-cü illərdə aşağı liqalarda mübarizə aparan komanda 2013/14 mövsümündə I divizionda 3-cü yeri tutub və yenidən Premyer Liqaya çıxıb. /Fanat.az/