İlham Əliyevin Yunanıstana dövlət səfəri başa çatdı

17 İyun 2014 15:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də Yunanıstana dövlət səfəri başa çatıb.

Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.