Polad Bülbüloğlu Rusiya MSK-nın yeni sədri ilə görüşdü - FOTO

21 Aprel 2016 12:13 (UTC+04:00)

Rusiya Mərkəzi Seçki Komissiyasının yeni təyin olunmuş sədri Ella Pamfilova MDB ölkələrinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Görüş zamanı seçki sistemləri və seçicilərin hüquqlarının müdafiəsi sahələrində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Diplomatik nümayəndəliklərin təmsilçiləri E.Pamfilovanı və Rusiya MSK-nın yeni tərkibini işə başlamaları münasibətilə təbrik edib, öz ölkələrindəki elektoral proseslərdən danışıblar.

Rusiya MSK-nın sədri MDB ölkələri ilə elektoral sahədə sıx əməkdaşlığa hazır olduğunu qeyd edib.
Görüşdə seçkilərin təşkilində, eləcə də Avropa təşkilatları ilə qarşılıqlı fəaliyyətdə MDB ölkələrinin həmrəyliyini gücləndirməyin vacibliyi vurğulanıb.