Türkiyəni duyğulandıran uşaq - VİDEO

23 Aprel 2016 19:15 (UTC+04:00)

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Külliyyədə uşaqları qəbul edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə maraqlı hadisə yaşanıb. Bir günlük prezident və nazirlik postlarını tutan uşaqlardan suallar soruşulub.

Terrorla əlaqədar sual soruşan uşaq özünü saxlaya bilməyərək ağlayıb. Şəhidlər və yaxınlarıyla əlaqədar sual soruşan uşağı Ərdoğan sakitləşdirib. Ərdoğan bildirib ki, şəhid yaxınlarına sahib çıxmaq dövlətin vəzifəsidir.

İlhamə Əbülfət