Gömrükdən külli miqdarda siqaret keçirmək istədilər - FOTO

25 Aprel 2016 15:52 (UTC+04:00)

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsi əməkdaşları əməliyyat keçirib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşından Belarus Respublikasının aksiz markası ilə markalanan 26600 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Naibə QURBANOVA