Tərtərin icra başçısı: “Rabitə xətlərinə ciddi ziyan dəyib”

26 Aprel 2016 10:57 (UTC+04:00)

Ötən gecə ermənilər Tərtərin cəbhəboyu yaşayış məntəqələrini ağır artileriya qurğularından atəşə tutublar.

Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçsı Müstəqim Məmmədov "Report"a açıqlamasında bildirib ki, təmas xəttinə yaxın yerləşən 20-ə qədər fərdi yaşayış evinə mərmi düşüb: "Ermənilər atəşkəs rejimini növbəti dəfə pozaraq, rayonun cəbhəboyu yaşayış məntəqələrini atəşə tutublar. Nəticədə həmin yaşayış məntəqələrində qaz, elektrik və rabitə xətlərinə ciddi ziyan dəyib, mərmi düşən 20 evdən 8-i tamamilə yararsız hala düşüb".

M.Məmmədov əlavə edib ki, hazırda Tərtər rayon Fövqəladə Hallar Komissiyası (FHK) dəymiş ziyanla bağlı araşdırmalara başlayıb.