“Eurovision” təmsilçisi fanatlarına səsləndi

27 Aprel 2016 08:52 (UTC+04:00)

Stokholmda keçiriləcək “Eurovision 2016” mahnı müsabiqəsində Maltanı təmsil edəcək İra Losco pərəstişkarlarına səslənib.

Teleqraf.com xəbər verir ki, İra Losco müsabiqəyə hazırlaşdığı üçün sosial şəbəkədə aktiv olmadığını bildirib: “Məşqlər davam edir. Ona görə sosial şəbəkədə aktiv deyiləm. Sizin hamınızla əlaqə saxlamağa və suallarınızı cavablandırmağa çalışacağıq. Hazırda bütün diqqətimi Stokholmda “Eurovision” müsabiqəsində çıxışıma istiqamətləndirmişəm”.

Rəqsanə