Suriyalı snayper dünya rekordunu qırdı - VİDEO

27 Aprel 2016 00:45 (UTC+04:00)

Suriyanın Dəməşq şəhərinin Harasta qəsəbəsində müxalif qruplaşmanın snayperi 3 km uzaqlıqdakı rejim döyüşçüsünü hədəf alıb.

Axar.az xəbər verir ki, Əsədə sadiq əsgər güllənin zərbəsindən yerə yıxılıb.

Qeyd edək ki, suriyalı snayper avstraliyalı əsgərin rekordunu təzələyərək Dünya Snayper Rekordunu qırıb.

Xatırladaq ki, Avstraliyalı hərbçi 2815 metrdəki Taliban döyüşçüsünü vurmuşdu.