“Qız qaçıran” Bakıda da nümayiş olunacaq

27 Aprel 2016 18:42 (UTC+04:00)

Azərbaycanlı aktyorların oynadığı “Qız qaçıran” adlı türk filminin may ayının 12-dən Nizami Kino Mərkəzində nümayişinə start veriləcək.


Bu barədə Teleqraf.com-a açıqlamasında filmin prodüserlərindən biri Serpil Altın məlumat verib.

O bildirib ki, filmin Bakıda qala gecəsi keçirilməyəcək.

Filmdə Azərbaycandan Kamran Ağabalayev və hazırda qonşu ölkədə yaşayan Könül Nağıyeva çəkilib. Filmin ssenaristi və rejissoru Korhan Uğurdur. Ekran əsərində həmçinin Emir Benderlioğlu, Ceren Benderlioğlu, Levent Ülgen, Osman Cavcı və başqaları çəkilib.

Filmin süjet xəttinə görə, baş qəhrəman Əhməd keçmiş sevgilisi Gülü toy günü gəlin maşınında qaçırır. Əhmədin Gülə bir sürprizi də var. Qaçırılan tək adam Gül deyil. O, Güllə barəbər toydan bəyi də qaçırır. Qaçırma ilə bağlı Əhmədin xüsusi planı yoxdur.


Babasının kəndinə getmək üçün isə qardaşından kömək istəyir və yol boyu başına inanılmaz hadisələr gəlir.

Nərmin