Özünü öldürmək istəyən qadın xilas edildi

28 Aprel 2016 10:26 (UTC+04:00)

Goranboy rayonunda intihara cəhd olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb.

Kənd sakini, 1952-ci il təvəllüdlü Gülgəz Axundova yaşadığı evdə gəmiricilər əleyhinə istifadə edilən zəhər içərək özünü öldürmək istəyib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Gülgəz Axundovanın hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov