İki nəfəri cərəyan vurdu

18 İyun 2014 12:26 (UTC+04:00)

Azərbaycanda 2 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 17-də Füzuli rayon sakini Cəfər Bayandurov, Yardımlı rayon sakini Tahir Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Hər iki faktla əlaqədar araşdırma aparılır.