Murad Bozu utandıran sual - FOTO

28 May 2016 21:59 (UTC+04:00)

Müğənni Murad Boz dünən "Bəyaz şou"nun qonağı olub.

Axşam.az-ın məlumatına görə, canlı yayımda tamaşaçılardan biri zəng vuraraq ifaçıya sevgilisi, aktrisa Aslı Enverin hansı xüsusiyyətinə aşiq olduğunu soruşub.

Sual qarşısında özünü itirən və utanan Murad belə cavab verib:

"Sevgi səbəbsiz bir şeydir. Seçimləri yoxdur. Ona görə, buna görə deyə bilmərəm. Aslıya çox aşiqəm".