Xalq artistinə ağır itki

31 May 2016 14:26 (UTC+04:00)

Azərbaycanın xalq artisti Valeh Kərimova ağır itki üz verib.

"Report"un xəbərinə görə, aktyorun həyat yoldaşı Zöhrə Kərimova bədbəxt hadisə nəticəsində vəfat edib.

V.Kərimov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Z.Kərimova mayın 30-da səhər saatlarında küçədə yıxılıb və başı daşa dəyib. Bundan sonra o, dünyasını dəyişib.