Dünyanın ən keyfiyyətsiz maşını hansıdır?

20 İyun 2014 17:46 (UTC+04:00)

ABŞ-ın “J.D. Power and Associates” şirkəti 2014-cü ilin ən keyfiyyətli avtomobillərinin növbəti reytinq cədvəlini dərc edib.


86 min sürücü arasında keçirilən rəy sorğusunda avtomobil sahibləri ilk 90 gündə üzləşdikləri nasazlıqlar haqqında məlumat veriblər.

Sorğunun nəticələri əsasında ən keyfiyyətli tərtib olunan avtomobillərin reytinq cədvəli hazırlanıb. Reytinqdə ilk yeri, “Porsche” başçılıq edir.

İkinci yerdə “Jaguar”, üçüncü yerdə “Lexus” qərarlaşmışdır. Ən böyük irəliləyiş “Hyundai”-a məxsusdur. Belə ki, keçən il 10-cu yerdə olan “Hyundai” bu dəfə altı pillə irəliləyərək 4-cü yerə çıxmışdır. Ən keyfiyyətsiz məhsul istehsalçısı isə “Fiat” hesab olunub.