30 Yanvar 22:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

TÜRKSOY ölkələrinin dəstəyi ilə ərsəyə gələn "Molla Nəsrəddin- çətin günlərimin dostu" filminin çəkilişləri davam edir.

Teleqraf.com xəbər verir ki, Qırğızıstanda çəkilişləri bitirən yaradıcı heyət filmin ardını Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycanda çəkəcək.

Altı türk dövlətinin iştirakı ilə baş tutan ilk belə layihənin istehsalçısı Azərbaycan şirkəti olan "Nasreddin Production"dır.

Türk dünyası tarixində böyük layihə hesab edilən filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.

Filmin Qırğızıstandakı çəkilişlərindən fotoları Teleqraf.com-a ekran əsərinin prodüseri Zaur Darabzadə təqdim edib.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər