330 il əvvəl İngiltərənin Edinburq şəhərinin ən məşhur simalarından biri olan və sağlığında 1000 nəfərin ölümünə görə məsuliyyət daşıdığı üçün “Qanlı Makkenzi” adlandırılan vəkil Makkenzinin məzarı onun şəhəri lənətlədiyinə inanan insanlar tərəfindən qazılıb. Hadisə yerinə gedən polis məzardakı cəsədinin salamat olduğunu görəndə şoka düşüb.
Teleqraf.com xəbər verir ki, keçmiş lord vəkili olan Makkenzi sağlığında 1000 protestant fəhləni ölümə göndərməsi ilə tanınıb.
Bu səbəbdən “Qanlı Makkenzi” ləqəbli şəxsin Edinburq şəhərini də lənətlədiyi iddia olunur. Belə düşünən insanlar Makkenzinin Edinburqdakı məzarını qazıblar.
Məzarlıqda baş verənlərlə bağlı xəbər alan polislər dərhal ora gedərək araşdırma aparıblar. İlkin baxışdan sonra gördükləri mənzərədən şoka düşüblər. Çünki Makkenzinin bədəni demək olar ki, salamat qalmışdı.
Polis qrupları məzarı dağıtdıqları bildirilən iki gənci saxlayıb. Məhkəmə kollegiyası həmin şəxsləri müvafiq ittihamlar üzrə həbs edib. Aidiyyəti qurumlar bu cür hadisələrin qarşısının alınması üçün əlavə tədbirlər görməyə başlayıblar.
Makkenzinin tabutunun qoyulduğu yer
Vəkil Makkenzi 1691-ci ildə vəfat edib