3 May 02:08
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri ABŞ-yə getməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb rəsmi Vaşinqtonun parlamentdə “Xarici agentlər” haqqında qanun layihəsinə baxılmasını dayandırmağı tələb etməsi olub.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Gürcüstanın Baş naziri ABŞ-yə səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - deyə bəyanatda deyilir.


Müəllif: Teleqraf.com