25 Noyabr 2022 10:59
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada enerji böhranı getdikcə dərinləşir. Avropa Birliyinin (AB) sanksiyalarına cavab olaraq, Rusiyanın “enerji kartı”na əl atması bir sıra Avropa ölkələrində böhrana səbəb olub.

Teleqraf.com xəbər verir ki, İtaliya Baş naziri Corciya Meloni AB Komissiyasını enerji qiymətlərinə müdaxilə etməyə çağırıb.

Meloni bildirib ki, komissiya müdaxilə etməsə, enerji böhranı ilə mübarizə aparmaq çətin olacaq.

“Ailələr və bizneslər üçün yüksək enerji qiymətlərini azaltmaq məqsədilə etdiyimiz müdaxilələr bizə ayda təxminən 5 milyard avroya başa gəlir. Avropa Komissiyası müdaxilə etməsə, bu fövqəladə vəziyyətlə məşğul olmaq çətin olacaq. Təklifləri qiymətləndiririk”, - İtaliya baş naziri deyib.

Meloni çıxışında Ukraynaya səfər edəcəyini də açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər